[b]“Neftçi”nin oyununun vaxtı dəyişdirildi[/b]
27.03.2018 - 15:32
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında IX turunun təqvimində dəyişiklik olub. Apasport.az saytının məlumatına görə, martın 28-də təşkil ediləcək oyunlar nəzərdə tutulduğu vaxtda və arenada keçirilməyəcək.
Belə ki, “Express” – U-18 matçı saat 14:00-da start götürəcək. Ardınca “Sərhədçi” – “Neftçi” görüşü olacaq (16:00). Tura isə “Lokomotiv” - MOİK qarşılaşması ilə yekun vurulacaq. Bu matç saat 18:00-da başlayacaq.
“Sərhədçi” bu tur öz meydanda oynamayacağından bütün matçlar Voleybol Mərkəzində olacaq.
- Bu gün XIX tura start veriləcək
- Azərbaycan Voleybol Federasiyası hakimlərin hazırlığı üzrə seminarın sonuncu mərhələsini keçirib
- Azərbaycanlı mütəxəssis 1/4 final görüşündə
- Azərbaycan millisi İspaniyada AVRO-2026-nın təsnifat turnirində mübarizə aparacaq
- Yüksək Liqada pley-off mərhələsinin təqvimi bəlli olub
0
0