“Biz bu qarşılaşmaya çox ciddi yanaşırdıq. Çünki rəqibin ilk oyundakı məğlubiyyətin əvəzini çıxmağa çalışacağını bilirdik”. Apasport.az saytının məlumatına görə, bunu Yunanıstanın “Olimpiakos” klubunun voleybolçusu Georgios Stefanou deyib.
37 yaşlı libero “Çelenc Cup”ın 1/8 final mərhələsinin “Lokomotiv”lə cavab görüşündə danışıb. O bildirib ki, Bakıda da evdəki kimi 3:0 hesabı ilə qalib gəlmələri müəyyən müddətdi bir yerdə çıxış etmələrinin bəhrəsidi: “Son vaxtlar oyun planında da bir çox elementlərin üzərində çalışıb, daha yüksək səviyyəyə çatdırmışıq. Hazırkı mərhələdə bu da bizə nikbinlik bəxş edir. İstəyirik ki, özümüzün ən yaxşı oyununu nümayiş etdirək. Növbəti rəqibimiz “Par-ku Menen” olacaq. Həmin görüşədək vaxtımız var və onlarla matça kimi tam hazır olacağıq”.
- Yüksək Liqa: “Murov Az Terminal” və “Ordu”dan qələbə
- Bu gün XIX tura start veriləcək
- Azərbaycan Voleybol Federasiyası hakimlərin hazırlığı üzrə seminarın sonuncu mərhələsini keçirib
- Azərbaycanlı mütəxəssis 1/4 final görüşündə
- Azərbaycan millisi İspaniyada AVRO-2026-nın təsnifat turnirində mübarizə aparacaq