[b]“Qalatasaray” Bakı klubunun qisasını ala bilmədi[/b]
04.04.2016 - 10:11
Qadın voleybolçular arasında CEV kubokuna yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışın qalibi adını Krasnodar “Dinamo”su qazanıb.
Onlar həlledici mərhələdə Türkiyənin “Qalatasaray” klubuna qalib gəliblər. Belə ki, ilk görüşdə İstanbul təmsilçisinə 2:3 hesabı ilə uduzan rusiyalılar doğma divarlar arasında 3:0 (25:23; 25:22; 29:27) hesabı ilə qalib gəliblər.
Onlar bununla da ardıcıl ikinci dəfə kuboka yiyələniblər.
Qeyd edək ki, “Dinamo” yarımfinalda Bakının “Azəryol” klubunu mübarizədən kənarlaşdırmışdı.
- Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin Macarıstandakı təlim-məşq toplanışı başa çatıb
- “Gəncə”dən yeni transfer
- Azərbaycanın qadınlardan ibarət voleybol millisi Macarıstana təlim-məşq toplanışına yollanıb
- Şahin Bağırov Naxçıvanda yeniyetmə voleybolçularla görüşüb
- AVF rəsmisi CEV-in iclasında iştirak edib
0
0