[b]“Qəbələ” oyun saatını gözləyir[/b]
14.07.2016 - 01:31
"Qəbələ” UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyununun hazırlığını tamamlayıb. Apasport.az saytının məlumatına görə, Macarıstanın MTK klubu ilə səfər matçının hazırlığına Bakıda start verən “qırmızı-qaralar”ın oyunöncəsi son məşqi Dyer şəhərində baş tutub.
Roman Qroqorçukun yetirmələri qarşılaşmadan bir gün öncə matçın keçiriləcəyi “Dyirmot” stadionunda məşq edib. Komandamız məşq prosesində toplu çalışmalara üstünlük verib.
Xatırladaq ki, Dyer şəhərinin “Dyirmot” stadionunda baş tutacaq MTK – “Qəbələ” oyunu Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.
- Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin Macarıstandakı təlim-məşq toplanışı başa çatıb
- “Gəncə”dən yeni transfer
- Azərbaycanın qadınlardan ibarət voleybol millisi Macarıstana təlim-məşq toplanışına yollanıb
- Şahin Bağırov Naxçıvanda yeniyetmə voleybolçularla görüşüb
- AVF rəsmisi CEV-in iclasında iştirak edib
0
0