Dünya çempionatında iştirakçı komandaların sayının artırılması ilə bağlı təklif əksər ölkələrin futbol federasiyaları tərəfindən müsbət qarşılanıb. Apasport.az saytı “Reuters”ə istinadən xəbər verir ki, bu barədə FİFA-nın prezidenti Canni İnfantino məlumat verib.
O bildirib ki, federasiyaların çoxu mundial iştirakçılarının sayının artırılmasına razıdılar: “Təklimizi müsbət qarşılaşayanların sayı yetərincədi. Bu da onu göstərir ki, əksər ölkələrin federasiyaları dünya çempionatında daha çox yığma komandanın iştirak etməsinin tərəfdarıdı”.
Qeyd edək ki, FİFA DÇ-2026-dan etibarən mundial iştirakçılarının sayının artırılmasını planlaşdırır.
- Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin Macarıstandakı təlim-məşq toplanışı başa çatıb
- “Gəncə”dən yeni transfer
- Azərbaycanın qadınlardan ibarət voleybol millisi Macarıstana təlim-məşq toplanışına yollanıb
- Şahin Bağırov Naxçıvanda yeniyetmə voleybolçularla görüşüb
- AVF rəsmisi CEV-in iclasında iştirak edib