Qadın voleybolçulardan ibarət Portuqaliya millisinin ilkin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, komandanın baş məşqçisi Manuel Almeyda düşərgəyə 23 oyunçu çağırıb.
O, təxminən 2 həftə keçiriləcək hazırlığın ardından 9 voleybolçudan imtina edəcək.
Portuqaliya millisinin heyəti
Toppaylayıcılar: Ana Kouto, Eliana Durao, Mariana Lopes, Vanessa Rodriques;
Blokçular: Eduardo Duarte, Nuria da Silva Lopes, Karina Moura, Neusa Neto, Aline Rodriques;
Hücumçular: İsabel Antunes, Alise Klimente, Barbara Qomes, Ana Qouveya, Marta Hürst, Patrisiya Leal, Marina Lopes, Ana Vale, Yuliya Kavalenka, Maria Maio;
Liberolar: Beatris Basto, Ana Sofya Freçes, Daniela Loureyro, Yoana Resende
Qeyd edək ki, Portuqaliya Qızıl Avropa Liqasında Azərbaycan millisi ilə birgə A qrupunda yer alıb. Onlar yığmamızla mayın 23-də ölkəmizdə, iyunun 2-də evdə oynayacaqlar.
- Bu gün XIX tura start veriləcək
- Azərbaycan Voleybol Federasiyası hakimlərin hazırlığı üzrə seminarın sonuncu mərhələsini keçirib
- Azərbaycanlı mütəxəssis 1/4 final görüşündə
- Azərbaycan millisi İspaniyada AVRO-2026-nın təsnifat turnirində mübarizə aparacaq
- Yüksək Liqada pley-off mərhələsinin təqvimi bəlli olub