Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Avropa Liqasının yarımfinal mərhələsində potensial rəqiblərinin hamısı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, Faiq Qarayevin yetirmələri A qrupunun oyunları baş çatdıqdan sonra qarşılaşa biləcək milliləri tanıyıblar.
Belə ki, Albaniyada baş tutan qarşılaşmalardan sonra Slovakiya 1/2 finalda iştirak hüququ qazanıb. Ona kimi Azərbaycan və Sloveniyanın da bu vəsiqəyə yiyələndiyindən, ən yaxşı ikinci yer sahibi kimi Yunanıstan mərhələ adlayıb.
Beləliklə, yarımfinalda Sloveniya, Slovakiya, Azərbaycan və Yunanıstan finalçını müəyyənləşdirəcək. Hələlik cütlər dəqiqləşməsə də, oyunların iyunun 23-də və 26-da olunacağı açıqlanıb.
- Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin Macarıstandakı təlim-məşq toplanışı başa çatıb
- “Gəncə”dən yeni transfer
- Azərbaycanın qadınlardan ibarət voleybol millisi Macarıstana təlim-məşq toplanışına yollanıb
- Şahin Bağırov Naxçıvanda yeniyetmə voleybolçularla görüşüb
- AVF rəsmisi CEV-in iclasında iştirak edib