Qadın voleybolçulardan ibarət Azərbaycan çempionatı tarixə düşə bilər. Apasport.az saytının məlumatına görə, bu, Gürcüstanın “Tbilisi” komandasının qərarından asılıdı.
Belə ki, dünyada 4 klubla keçirilən çempionat yoxdu. Azərbaycan Super Liqasına “Azərreyl”, “Azəryol”, “Telekom” və “Gənclik” qatılsa, yeni antirekord qeydə alınacaq. Çünki dünyada ən kiçik yarışda bu qədər az komanda olmur və adətən beynəlxalq turnirlərə bu sayda klub qatılır.
Qeyd edək ki, ötən mövsüm Super Liqaya 6 komanda qatılsa da, maliyyə problemləri səbəbindən “Lokomotiv”in yenidən mübarizəyə qoşulması gözlənilmir. Həmçinin Gürcüstanın “Tbilisi” klubu da hələlik Azərbaycan Voleybol Federasiyasının dəvətinə müsbət cavab verməyib.
- Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin Macarıstandakı təlim-məşq toplanışı başa çatıb
- “Gəncə”dən yeni transfer
- Azərbaycanın qadınlardan ibarət voleybol millisi Macarıstana təlim-məşq toplanışına yollanıb
- Şahin Bağırov Naxçıvanda yeniyetmə voleybolçularla görüşüb
- AVF rəsmisi CEV-in iclasında iştirak edib