[b]Azərbaycan çempionatının mükafatçısı Çin klubu ilə müqavilə bağladı[/b]
11.11.2016 - 13:21
“Lokomotiv”in sabiq voleybolçusu Sonya Nyukomb özünə yeni iş yeri tapıb. Apasport.az saytının məlumatına görə, tarixin yaddaşına köçən Bakı klubunda oynamış hücumçu karyerasını Çində davam etdirəcək.
“Dəmiryolçular”dan hələ də əmək haqqını ala bilməyən 26 yaşlı amerikalı “Siçuan”la 1 illik razılıq əldə edib.
Qeyd edək ki, Nyukomb “Lokomotiv”ə bu ilin yanvarında gəlmişdi. Mövsümü Super Liqanın bürünc medalı ilə bitirən oyunçu heyətdən kənarlaşdırılan həmyerlisi Kanani Danielsonu əvəzləmişdi.
- Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin Macarıstandakı təlim-məşq toplanışı başa çatıb
- “Gəncə”dən yeni transfer
- Azərbaycanın qadınlardan ibarət voleybol millisi Macarıstana təlim-məşq toplanışına yollanıb
- Şahin Bağırov Naxçıvanda yeniyetmə voleybolçularla görüşüb
- AVF rəsmisi CEV-in iclasında iştirak edib
0
0