Qadın voleybolçular arasında Azərbaycan Super Liqasının təqvimində dəyişiklik edilib. Voleybol Federasiyasından apasport.az saytının məlumatına görə, noyabrın 21-də keçirilməli olan “Gənclik” – “Lokomotiv” matçı 4 gün ertələnib.
Bu günə təsadüf edəcək IV turun oyunu saat 17:00-da başlayacaq.
Həmçinin, 2 oyunun başlama vaxtında da dəyişiklik edilib. Noyabrın 20-də baş tutacaq 2 matç 1 saat irəli çəkilib.
17 noyabr
IV tur
17:00. “Gənclik” – “Lokomotiv”
Azərbaycan Voleybol Federasiyasının idman zalı
20 noyabr
V tur
16:00. “Azəryol” – “Telekom”
“Azərreyl” İdman Bazası
III tur
18:00. “Azərreyl” - “Lokomotiv”
“Azərreyl” İdman Bazası