Qadın voleybolçular arasında Çempionlar Liqasının V turu üçün hakimlər açıqlanıb. Apasport.az saytının məlumatına görə, yarışda mübarizə aparan Azərbaycan klubları da oyunlarını idarə edəcək ədalət təmsilçilərini tanıyıblar.
Avropa Voleybol Konfederasiyası “Azərreyl” – “Lokomotiv” görüşünü ukraynalı Andrey Kovalçuka həvalə edib. Yanvarın 19-na təsadüf edəcək Bakı derbisində ikindi hakim funksiyasını Aleksandr Vinaliyev (Bolqarıstan) yerinə yetirəcək.
Bu matçdan 2 gün sonra baş tutacaq “Telekom” - “Fənərbaxça” (Türkiyə) oyununda isə əsas referi Yuri Bakunoviç (Belarus) olacaq. Onun köməkçisi Silvian Lunqu (Rumıniya) təyin edilib.