Qadın voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsindən mübarizəyə başlayacaq Azərbaycan klublarının potensial rəqibləri dəqiqləşib. Apasport.az saytının məlumatına görə, bu, II təsnifat mərhələsində baş tutan oyunların nəticəsinə əsasən müəyyənləşib.
Belə ki, “Sen-Rafael” (Fransa) və “Fənərbaxça” (Türkiyə) ilə C qrupunda yer alan Super Liqanın qalibi “Azərreyl”in son rəqibi “Agel” (Çexiya) - “Dabrova Qornitsa” (Polşa) cütünün qalibi olacaq. Bu komandalar II təsnifat mərhələsinin hər 2 görüşünü qələbə ilə başa vurular.
Vitse-çempion “Telekom”a isə İtaliyanın “Modena” və ya Fransanın “Kann” klublarından biri rəqib olacaq. Bu komandalar da asanlıqla mərhələ adlayıblar. Onların güclüsü isə qrupda Bakı klubu, həmçinin “Ximik” (Polşa) və “Konegliano” (İtaliya) ilə qarşılaşmaq hüququ qazanacaq.
II təsnifat mərhələsinin digər matçlarında da sensasiya baş verməyib. Gözlənildiyi kimi güclülər yoluna davam ediblər. Məğlublar isə mübarizəni CEV kubokunda davam etdirəcəklər.
Çempionlar Liqası
2-ci təsnifat mərhələsi, cavab oyunları
“Hameenlinna” (Finlandiya) - “Minçanka” (Belarus) - 3:0 (25:23, 25:16, 25:13)
Qızıl set: 10:15
İlk oyun: “Minçanka” (Belarus) - “Hameenlinna” (Finlandiya) - 3:1
“Əczaçıbaşı” (Türkiyə) - “Maritsa” (Bolqarıstan) - 3:0 (25:16, 25:15, 25:19)
İlk oyun: “Maritsa” (Bolqarıstan) - “Əczaçıbaşı” (Türkiyə) - 0:3
“Agel” (Çexiya) - “Linamar” (Macarıstan) - 2:3 (33:31, 25:21, 14:25, 27:29, 10:15)
İlk oyun: “Linamar” (Macarıstan) - “Agel” (Çexiya) - 0:3
“Dabrova Qornitsa” (Polşa) - “Makkabi” (Hayfa, İsrail) - 3:0 (25:21, 25:19, 25:20)
İlk oyun: “Makkabi” (Hayfa, İsrail) - “Dabrova Qornitsa” (Polşa) - 1:3
“Modena” (İtaliya) – “Kalsit” (Sloveniya) - 3:1 (25:18, 23:25, 25:20, 25:13)
İlk oyun: “Kalsit” (Sloveniya) - “Modena” (İtaliya) - 0:3
“Kann” (Fransa) - “Bimal-Yedinstvo” (Bosniya və Herseqovina) - 3:1 (25:12, 22:25, 25:14, 25:18)
İlk oyun: “Bimal-Yedinstvo” (Bosniya və Herseqovina) - “Kann” (Fransa) - 0:3
“Vizura” (Serbiya) - “Kohila” (Estoniya) - 3:0 (25:20, 25:18, 25:15)
İlk oyun: “Kohila” (Estoniya) - “Vizura” (Serbiya) - 2:3
“Dinamo” (Krasnodar, Rusiya) - “Ximik” (Ukrayna) - 3:2 (12:25, 29:27, 25:14, 23:25, 15:5)
İlk oyun: “Ximik” (Ukrayna) - “Dinamo” (Krasnodar, Rusiya) - 2:3 (17:25, 25:20, 25:23, 16:25, 5:15)
III təsnifat mərhələsi
15 və 19 noyabr
“Minçanka” (Belarus) - “Əczaçıbaşı” (Türkiyə)
“Agel” (Çexiya) - “Dabrova Qornitsa” (Polşa)
“Modena” (İtaliya) - “Kann” (Fransa)
“Vizura” (Serbiya) - “Dinamo” (Krasnodar, Rusiya)
- Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin Macarıstandakı təlim-məşq toplanışı başa çatıb
- “Gəncə”dən yeni transfer
- Azərbaycanın qadınlardan ibarət voleybol millisi Macarıstana təlim-məşq toplanışına yollanıb
- Şahin Bağırov Naxçıvanda yeniyetmə voleybolçularla görüşüb
- AVF rəsmisi CEV-in iclasında iştirak edib