Azərbaycan millisinin voleybolçusu Yana Kulanın (Ağayeva) yeni mövsümdə də Bakı klublarında oynamayacağı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, 28 yaşlı hücumçu karyerasını Türkiyədə davam etdirəcək.
Ötən mövsümün sonunu II liqada oynayan “Balıkesir”də keçirən milliləşdirilmiş voleybolçu 1 illik fasilədən sonra yenidən Superliqada oynayacaq. O, 2014/2015 mövsümündə şərəfini qoruduğu “Çanaqkala Bld” klubuna qayıdıb. Hazırda Fransada yığmamızın düşərgəsində olan təmsilçimiz köhnə-yeni komandası ilə 1 illik müqaviləyə imza atıb.
Qeyd edək ki, Yana Cənubi Koreyanın “Hyundai”, Polşanın “Atom” və Çinin “Beijung” klublarında da legioner həyatı yaşayıb.
- Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin Macarıstandakı təlim-məşq toplanışı başa çatıb
- “Gəncə”dən yeni transfer
- Azərbaycanın qadınlardan ibarət voleybol millisi Macarıstana təlim-məşq toplanışına yollanıb
- Şahin Bağırov Naxçıvanda yeniyetmə voleybolçularla görüşüb
- AVF rəsmisi CEV-in iclasında iştirak edib