İyunun 26-da ADA Universitetinin açıq meydançasında "3x3 Streetball Championship in Baku 2016/2017 - Open" turunun birinci mərhələsi keçirilib. Apasport.az saytının məlumatına görə, Milli Olimpiya Komitəsi və Azərbaycan Basketbol Federasiyasının dəstəyi ilə keçirilən yarışda 12 klub uşaq-yeniyetmə olmaqla, 32 komanda iştirak edib.
Kişilər arasında final qarşılaşmasında AzTOP-la (Dmitri Neçay, Vadim Doqşın, Emil Mirzəyev, Rüstəm Əliyev) “Polukhinski Pereulok" (Nadir Əhmədov, Süleyman Cəfərov, Tərxan Hüseynzadə, Eldar Qocayev) üz-üzə gəlib. Birincilər rəqibini 11:8 hesabı ilə məğlub edərək, ilk mərhələnin qalibi olublar. Nadir Əhmədov isə turnirin ən dəyərli oyunçusu (MVP) seçilib.
Yeniyetmə oğlanlar arasında həlledici matçda “Fireball” (Rza Məmmədli, Fariz Allahverdiyev, Elnur Namazov, Qəhrəman Cavadov) “21-st century”ə 10:7 hesabı ilə qalib gəlib.
- Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin Macarıstandakı təlim-məşq toplanışı başa çatıb
- “Gəncə”dən yeni transfer
- Azərbaycanın qadınlardan ibarət voleybol millisi Macarıstana təlim-məşq toplanışına yollanıb
- Şahin Bağırov Naxçıvanda yeniyetmə voleybolçularla görüşüb
- AVF rəsmisi CEV-in iclasında iştirak edib