Qadın voleybolçular arasında avrokubokda mübarizə aparacaq Azərbaycan klubları Bakını tərk ediblər. Apasport.az saytının məlumatına görə, CEV kubokunun 1/16 final mərhələsindən yarışa qoşulacaq “Azəryol” “Tarqovitse” ilə ilk matç üçün Rumıniyaya yollanıb.
Aleksandr Çervyakovun yetirmələri səfərə bu gün çıxıblar. Onlar mövsümə oktyabrın 28-də start verəcəklər.
“Azəryol” kimi “Lokomotiv” də paytaxtdan ayrılıb. “Dəmiryolçular” Çempionlar Liqasında qrup mərhələsinin ilk matçı üçün Kazana gediblər. Onlar burada oktyabrın 28-də “Dinamo” ilə qarşılaşacaqlar.
Qeyd edək ki, “Azəryol”la “Lokomotiv”dən fərqli, “Telekom” və “Azərreyl” ilk görüşlərinə Bakıda çıxacaqlar.