Qadın voleybolçular arasında Türkiyə kubokuna start verilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin hücumçusu Yana Kulanın şərəfini qoruduğu “Çanakkale Bld” ilk matçda “Bursa BŞB”nı qəbul edib.
Qarşılaşma təmsilçimizin komandasının qələbəsi ilə yekunlaşıb. “Çanakkale Bld” rəqibini 3:1 (25:21, 25:19, 23:25, 25:19) hesabı ilə məğlub edib. Kulan matçda 13 xal toplayıb.
Yanadan fərqli, millimizin blokçusu Kseniya Poznyak yenə meydana çıxmayıb. Voleybolçumuzun transferini rəsmiləşdirə bilməyən “Beşiktaş” “Halkbank”la qarşılaşıb və 0:3 (23:25, 20:25, 19:25) hesabı ilə uduzub.
Qeyd edək ki, komandalar arasında cavab oyunu dekabrın 28-də olacaq.
- Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin Macarıstandakı təlim-məşq toplanışı başa çatıb
- “Gəncə”dən yeni transfer
- Azərbaycanın qadınlardan ibarət voleybol millisi Macarıstana təlim-məşq toplanışına yollanıb
- Şahin Bağırov Naxçıvanda yeniyetmə voleybolçularla görüşüb
- AVF rəsmisi CEV-in iclasında iştirak edib