Sabah qadın voleybolçular arasında Azərbaycan Super Liqasında V turun oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, turun hər iki qarşılaşması eyni gündə Voleybol Mərkəzində təşkil olunacaq.
Günün ilk görüşündə “Abşeron” AVF-i sınağa çəkəcək. Debütantların duelinin gərgin keçəcəyi gözləniləndi. Çünki nominal ev sahibləri I dövrədəki qələbəni təkrarlamağa, rəqibləri revanş almağa çalışacaqlar. Qarşılaşmanın tay-brekədək uzanması da istisna edilmir. Qəbələ “Abşeron”un ikinci pillədəki yerini də möhkəmlədəcək.
Tura “Lokomotiv” “Azərreyl” oyunu ilə yekun vurulacaq. “Dəmiryolçular”ın duelində Famil Ağayevin yetirmələri aşkar favoritdi. Onların ilk dövrədə olduğu kimi yenə asan qələbə qazanacaqları proqnozlaşdırılır.
V tur
16 fevral
15:00. “Abşeron” – AVF
İlk oyun: AVF – “Abşeron” – 0:3 (19:25, 18:25, 16:25)
17:00. “Lokomotiv” – “Azərreyl”
İlk oyun: “Azərreyl” – “Lokomotiv” – 3:0 (25: 21, 25:10, 25:13)
|
N |
Komanda |
O |
Q |
M |
S |
T |
X |
|
1 |
Azərreyl |
4 |
4 |
0 |
12-1 |
324-226 |
12 |
|
2 |
Abşeron |
4 |
3 |
1 |
10-3 |
297-263 |
9 |
|
3 |
AVF |
4 |
1 |
3 |
3-9 |
238-270 |
3 |
|
4 |
Lokomotiv |
4 |
0 |
4 |
0-12 |
200-300 |
0 |
- Yüksək Liqa: “Murov Az Terminal” və “Ordu”dan qələbə
- Bu gün XIX tura start veriləcək
- Azərbaycan Voleybol Federasiyası hakimlərin hazırlığı üzrə seminarın sonuncu mərhələsini keçirib
- Azərbaycanlı mütəxəssis 1/4 final görüşündə
- Azərbaycan millisi İspaniyada AVRO-2026-nın təsnifat turnirində mübarizə aparacaq