“Azərbaycan üzərində qələbə bizi ümidləndirdi. Biz bütün matçlarda qalib gəlməliyik ki, inkişafda olduğumuzu göstərək”. Apasport.az saytının məlumatına görə, bunu İsveç yığmasının meneceri Klas-Qoran Eriksson deyib.
O, komandasının Avropa çempionatının seçmə mərhələsində Azərbaycanla oyununu şərh edib. Eriksson bildirib ki, 3:2 hesabı ilə qələbə qazansalar da, bu heç də asan olmayıb: “Seçmə mərhələni uğurla davam etdirmək üçün lazım olan özünəinamı Azərbaycanla görüşdə qazandıq. Düzdü, rəqiblə matçda komandamızda həyəcan vardı. Çünki oyunun gedişində onlar təzyiqi artırıb, dördüncü setdə bizi 26:24 hesabı ilə məğlub etdilər. Bundan sonra meydanda əsl gərginlik yaşandı. Amma sevinirəm ki, qalib gələ bildik”.
- Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin Macarıstandakı təlim-məşq toplanışı başa çatıb
- “Gəncə”dən yeni transfer
- Azərbaycanın qadınlardan ibarət voleybol millisi Macarıstana təlim-məşq toplanışına yollanıb
- Şahin Bağırov Naxçıvanda yeniyetmə voleybolçularla görüşüb
- AVF rəsmisi CEV-in iclasında iştirak edib