Oktyabrın 4-6-da Argentinanın paytaxtı Buenos-Ayresdə Beynəlxalq Voleybol Federasiyasının (FİVB) növbəti konqresi keçiriləcək. Apasport.az saytının məlumatına görə, tədbir çərçivəsində prezident seçkiləri də baş tutacaq.
Lakin indidən 72 yaşlı braziliyalı Ari Qrasanın növbəti 8 il üçün də prezident postunda qalacağı bəllidi. Belə ki, seçkilərdə cənubi amerikalının yeganə namizəd olması onun rəhbər vəzifəsini davam etdirəcəyinə səbəb olub.
Məsələ ondadı ki, quruma üzv olan konfederasiyalar Qrasanı dəstəkləyib və 2012-ci ildən FİVB-ə rəhbərlik edən braziliyalı 2024-cü ilə qədər postunda qalacaq.
- Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin Macarıstandakı təlim-məşq toplanışı başa çatıb
- “Gəncə”dən yeni transfer
- Azərbaycanın qadınlardan ibarət voleybol millisi Macarıstana təlim-məşq toplanışına yollanıb
- Şahin Bağırov Naxçıvanda yeniyetmə voleybolçularla görüşüb
- AVF rəsmisi CEV-in iclasında iştirak edib