“Komandamızın heyətinin əsasını gənclər təşkil edir. İnanıram ki, onlar növbəti oyunlarda özlərini doğruldacaqlar”. Apasport.az saytının məlumatına görə, bunu qadın voleybolçulardan ibarət Fransa yığmasının baş məşqçisi Maqali Maqel deyib.
Avropa Liqasında çıxışlarını dəyərləndirən mütəxəssis Azərbaycana məğlubiyyətin səbəbini də açıqlayıb. Maqel bildirib ki, yığmamıza qalib gəlmək üçün zaman ehtiyacları var: “İlk dövrədə qələbə qazana bilmədik. Lakin Renndə keçirilən 3 qarşılaşmadan 2-də qalib gəldik. Oyundan-oyuna artırırıq. 3-cü görüşdə isə qələbəmizə rəqibin təcrübəsi mane oldu. Azərbaycan yığması çox güclüdü və heyətində ulduz oyunçular var. Fikrimcə, gələcəkdə biz də inamlı çıxışla diqqət çəkəcəyik”.
Qeyd edək ki, Fransa millisi Azərbaycanla hər iki oyunda 0:3 hesabı ilə uduzub.
- Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin Macarıstandakı təlim-məşq toplanışı başa çatıb
- “Gəncə”dən yeni transfer
- Azərbaycanın qadınlardan ibarət voleybol millisi Macarıstana təlim-məşq toplanışına yollanıb
- Şahin Bağırov Naxçıvanda yeniyetmə voleybolçularla görüşüb
- AVF rəsmisi CEV-in iclasında iştirak edib