Qadın voleybolçular arasında Türkiyə Sultanlar Liqasının pley-off mərhələsinin oyunlarının vaxtı açıqlanıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin hücumçusu Polina Rəhimovanın şərəfini qoruduğu “Fənərbaxça” “Əczaçıbaşı” ilə ilk görüşünə sabah çıxacaq.
Komandalar arasında ikinci oyun isə martın 25-nə təsadüf edəcək. Əgər bu 2 qarşılaşmada hesab bərabər olarsa, istanbullular üçüncü dəfə münasibətinə aydınlıq gətirəcəklər. Həmin oyunun tarixi martın 28-nə təyin edilib.
Digər yarımfinal cütündə isə “Qalatasaray”la “Vakıfbank” üz-üzə gələcək.
Qeyd edək ki, Marqarita Əzizovanın çıxış etdiyi “Beşiktaş” 5-8-ci yerlə uğrunda mübarizə aparacaq. “Qara qartallar” martın 21-də və 28-də, ehtiyac olarsa ayın 31-də “Halkbank”la qarşılaşacaqlar.
- Bu gün XIX tura start veriləcək
- Azərbaycan Voleybol Federasiyası hakimlərin hazırlığı üzrə seminarın sonuncu mərhələsini keçirib
- Azərbaycanlı mütəxəssis 1/4 final görüşündə
- Azərbaycan millisi İspaniyada AVRO-2026-nın təsnifat turnirində mübarizə aparacaq
- Yüksək Liqada pley-off mərhələsinin təqvimi bəlli olub