[b]Hücumçumuz Türkiyə çempionatına qələbə ilə başladı[/b]
24.10.2016 - 09:34
Qadın voleybolçular arasında Türkiyə Superliqasına start verilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin hücumçusu Yana Kulanın şərəfini qoruduğu “Çanakkale Bld” I turda “Nilüfer Bld” klubunu qəbil edib.
Qarşılaşma təmsilçimizin komandasının qələbəsi ilə yekunlaşıb. “Çanakkale Bld” ilk seti uduzsa da, ardınca hər 3 hissəni aktivinə yazıb – 3:1 (16:25, 28:26, 25:23, 25:14).
Kulan komandasının ən yaxşılarından olub. O, rəqibdən 18 xal alıb.
- Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin Macarıstandakı təlim-məşq toplanışı başa çatıb
- “Gəncə”dən yeni transfer
- Azərbaycanın qadınlardan ibarət voleybol millisi Macarıstana təlim-məşq toplanışına yollanıb
- Şahin Bağırov Naxçıvanda yeniyetmə voleybolçularla görüşüb
- AVF rəsmisi CEV-in iclasında iştirak edib
0
0