[b]Hücumçumuzdan 47 dəqiq zərbə[/b]
12.12.2016 - 14:37
Qadın voleybolçular arasında Yaponiya çempionatında növbəti turun görüşləri keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin üzvü Polina Rəhimovanın şərəfini qoruduğu “Toyota” “Okayama”nı qəbul edib.
Görüş “avtomobilçilər”in qələbəsi ilə başa çatıb. “Toyota” rəqibinə cəmi 1 setdə güzəşt edib – 3:1 (25:23, 25:20, 23:25, 25:23). Yığmamızın hücumçusu qarşılaşmada 47 xal toplayıb. Rəhimova bu xallardan 41-ni hücumda, 5-ni blokda və 1-ni isə eyslə əldə edib.
Qeyd edək ki, 13 oyundan sonra hesabında 20 xalı olan “Toyota” turnir cədvəlində yenə 5-ci yerdədi.
- Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin Macarıstandakı təlim-məşq toplanışı başa çatıb
- “Gəncə”dən yeni transfer
- Azərbaycanın qadınlardan ibarət voleybol millisi Macarıstana təlim-məşq toplanışına yollanıb
- Şahin Bağırov Naxçıvanda yeniyetmə voleybolçularla görüşüb
- AVF rəsmisi CEV-in iclasında iştirak edib
0
0