Rusiyanın “Proton” klubu Azərbaycana təlim-məşq toplanışına gəlir. Apasport.az saytının məlumatına görə, bu gün paytaxtımızda olacaq Superliqa təmsilçisi hazırlığı Bakı klubları ilə birgə keçəcək.
Ölkə çempionatında 3-cü yerdə olan Saratov klubu ölkəmizdə məşqlərə sabahdan start verəcək. Onlar yanvarın 10-dək Bakıda qalacaqlar.
“Proton” Bakıda təlim-məşq toplanışı çərçivəsində 4 yoxlama matçı da keçirəcək. Roman Kukuşkinin rəhbərlik etdiyi komanda yanvarın 7-də və 9-da “Telekom”la gücünü yoxlayacaq.
Heyətində Azərbaycan millisinin voleybolçusu Anastasiya Qurbanovanın da yer aldığı “Proton” yanvarın 8-də və 10-da isə “Lokomotiv”lə oynayacaq.
Qeyd edək ki, Rusiya klubu Saratova yanvarın 11-də qayıtmağı planlaşdırır.