[b]Küləyə görə təxirə salınan matçların vaxtı açıqlandı[/b]
30.03.2018 - 18:43
Qadın voleybolçular arasında Azərbaycan Super Liqasının təxirə salınan IX turun oyunlarının keçirilmə vaxtı açıqlanıb. Apasport.az saytının məlumatına görə, III dövrəyə aprelin 2-də yekun vurulacaq.
İlk olaraq meydana “Lokomotiv”lə AVF çıxacaq. Bu matç saat 15:00-da başlayacaq. Ardınca “Abşeron” “Azərreyl”i sınağa çəkəcək. Voleybol Mərkəzində təşkil olunacaq görüşün start fiti saat 17:00-da veriləcək.
Qeyd edək ki, IX tur bu gün paytaxtdakı güclü küləyə görə təxirə salınmışdı.
- Bu gün XIX tura start veriləcək
- Azərbaycan Voleybol Federasiyası hakimlərin hazırlığı üzrə seminarın sonuncu mərhələsini keçirib
- Azərbaycanlı mütəxəssis 1/4 final görüşündə
- Azərbaycan millisi İspaniyada AVRO-2026-nın təsnifat turnirində mübarizə aparacaq
- Yüksək Liqada pley-off mərhələsinin təqvimi bəlli olub
0
0