Futzal üzrə Yüksək Liqada XXI turdan təxirə salınmış bir oyun keçirilib. Apasport.az saytının məlumatına görə, lider “Araz” turnir cədvəlinin əks qütbündə qərarlaşmış “Xəmsə” ilə üz-üzə gəlib.
Fasiləyə qədər rəqib torunu 6 dəfə silkələyən lider ikinci hissədə daha məhsuldar oyun nümayiş etdirib və yekunda 15 top fərqi ilə qələbə qazanıb.
Bu oyunda 6 qol vuran Bolinya bombardirlər yarışında liderliyini bir qədər də möhkəmlədib.
Yüksək Liqa
XXI turdan təxirə salınmış oyun
25 mart
“Araz” – “Xəmsə” – 15:0
Qollar: Qalo, 1:27, 25:36, Bolinya, 2:43, 14:51, 23: 19, 28:45, 29:27, 39:43, O. Rüstəmli, 8, 10: 18, 15:34, R. Tolouei, 20:17, 34:48, A. İsmayılov, 22:36, 32:44
Bombardir: Thiaqo Telez (“Araz”) – 27 qol
- Bu gün XIX tura start veriləcək
- Azərbaycan Voleybol Federasiyası hakimlərin hazırlığı üzrə seminarın sonuncu mərhələsini keçirib
- Azərbaycanlı mütəxəssis 1/4 final görüşündə
- Azərbaycan millisi İspaniyada AVRO-2026-nın təsnifat turnirində mübarizə aparacaq
- Yüksək Liqada pley-off mərhələsinin təqvimi bəlli olub