“Azərreyl” növbəti transferini rəsmiləşdirib. Apasport.az saytının məlumatına görə, “dəmiryolçular” “Azəryol”in daha bir voleybolçusunu rənglərinə bağlayıblar.
Bu, Macarıstan millisinin 29 yaşlı blokçusu Edina Dobidi. 190 sm boya malik Avropa Liqasının qalibi ilə 1 illik razılıq əldə olunub.
Qeyd edək ki, “Azərreyl” Dobidən öncə “Azəryol”la müqaviləsi başa çatan Aynur Kərimova, Ceyran Əliyeva və Şəfaqət Həbibova ilə anlaşıblar. Komanda onlardan əlavə, Ayşən Abduləzimova və Anastasiya Qurbanovanı transfer edib, Valeriya Məmmədova ilə müqaviləni uzadıb. Həmçinin baş məşqçi postu Famil Ağayevə həvalə olunub.
- Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin Macarıstandakı təlim-məşq toplanışı başa çatıb
- “Gəncə”dən yeni transfer
- Azərbaycanın qadınlardan ibarət voleybol millisi Macarıstana təlim-məşq toplanışına yollanıb
- Şahin Bağırov Naxçıvanda yeniyetmə voleybolçularla görüşüb
- AVF rəsmisi CEV-in iclasında iştirak edib