[b]Milli üzvü hamını qabaqladı[/b]
04.07.2016 - 00:07
Avropa Liqasının final mərhələsinin cavab qarşılaşmasında öz meydanında Slovakiyanı 3:0 hesabı ilə məğlub edən voleybol üzrə qadınlardan ibarət milli komandamız çempionluğu rəsmiləşdirməklə yanaşı dünya Qran-prisinə vəsiqəni də təmin etdi. Apasport.az saytının məlumatına görə, cavab matçının ən çox xal toplayan oyunçusu milli üzvü Polina Rəhimova olub.
Komandamızın əsas hücum gücü hesab olunan Rəhimova 18 xal toplayaraq millimizin qələbəsində əsas pay sahibi olub.
Rəqibin heyətində ən çox fərqlənən isə Nikola Radosova olub. O, 11 xal toplayıb.
- Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin Macarıstandakı təlim-məşq toplanışı başa çatıb
- “Gəncə”dən yeni transfer
- Azərbaycanın qadınlardan ibarət voleybol millisi Macarıstana təlim-məşq toplanışına yollanıb
- Şahin Bağırov Naxçıvanda yeniyetmə voleybolçularla görüşüb
- AVF rəsmisi CEV-in iclasında iştirak edib
0
0