Qadın voleybolçular arasında Avropa Liqasının yarımfinal mərhələsi çərçivəsində keçirilən Azərbaycan – Yunanıstan görüşünün statistikası açıqlanıb. Apasport.az saytının məlumatına görə, Faiq Qarayevin yetirmələrinin 3:1 hesablı qələbəsi ilə başa çatan görüşün bombardiri Polina Rəhimova olub.
Hücumçumuz 19 xal toplayıb. Digər voleybolçularımızdan Yana Kulan 16, Kseniya Poznyakla Odina Bayramova hərəyə 8, Olena Həsənova 6, Şəfaqət Həbibova 5, Yekaterina Jidkova ilə Ceyran Əliyeva hərəyə 1 xal yığıb.
Rəqibin heyətində isə Anti Vasilantonaki məhsuldar olub. Onun 12 zərbəsi dəqiq alınıb.
Qeyd edək ki, ilk görüşdə də Yunanıstana 3:1 hesabı ilə qalib gələn yığmamız final mərhələsində oynayacaq.
- Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin Macarıstandakı təlim-məşq toplanışı başa çatıb
- “Gəncə”dən yeni transfer
- Azərbaycanın qadınlardan ibarət voleybol millisi Macarıstana təlim-məşq toplanışına yollanıb
- Şahin Bağırov Naxçıvanda yeniyetmə voleybolçularla görüşüb
- AVF rəsmisi CEV-in iclasında iştirak edib