“Telekom” daha bir voleybolçusu ilə müqavilənin müddətini artırıb. Apasport.az saytının məlumatına görə, Super Liqasının gümüş medalçısı Monteneqro millisinin hücumçusu Kseniya İvanoviçi də komandada saxlamağa qərar verib.
Razılaşmaya əsasən, ötən mövsüm Bakı klubuna transfer edilən 30 yaşlı voleybolçu 2016/2017 mövsümündə də “Telekom”un uğurları üçün çalışacaq. Hazırda yığması ilə birgə Avropa çempionatının seçmə mərhələsinə hazırlaşan İvanoviç mayın 24-də görüşlər bitdikdən sonra paytaxtımıza gələcək.
Qeyd edək ki, “Telekom” Kseniyadan öncə millimizin sabiq üzvü Ülkər Kərimova, serbiyalı Sladyana Mirkoviçi transfer edib, bolqarıstanlı Mariya Filipova və Qabriela Koyeva ilə müqavilənin müddətini 1 illiyə artırıb. Həmçinin Yana Əzimovanı “Lokomotiv”də icarədən qaytaran Bakı təmsilçisi Yelizaveta Səmədova, Marqarita Əzizova və Olena Həsənova ilə də yollarına davam edir.
- Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin Macarıstandakı təlim-məşq toplanışı başa çatıb
- “Gəncə”dən yeni transfer
- Azərbaycanın qadınlardan ibarət voleybol millisi Macarıstana təlim-məşq toplanışına yollanıb
- Şahin Bağırov Naxçıvanda yeniyetmə voleybolçularla görüşüb
- AVF rəsmisi CEV-in iclasında iştirak edib