[b]Natalya Məmmədova “onluq”da[/b]
10.03.2018 - 15:50
Qadın voleybolçular arasında Rusiya Superliqasında 1/4 final mərhələsinin oyunlarının yekununa statistik göstəricilər açıqlanıb. Apasport.az saytının məlumatına görə, Kazan “Dinamo”sunda çıxış edən Azərbaycan millisinin hücumçusu Natalya Məmmədova bombardirlik yarışında ilk “onluq”da yer alıb.
Yarımfinalda “Uraloçka” ilə oynayacaq hücumçumuz siyahıda yer alan 149 voleybolçu arasında 9-cudu. O, meydana çıxdığı 19 matçın 60 setində 259 xal yığıb. Siyahıya isə Moskva “Dinamo”sunun oyunçusu Natalya Qonçarova başçılıq edir. Rusiya millisinin üzvü 20 görüşün 70 hissəsində 417 xal yığıb.
- Bu gün XIX tura start veriləcək
- Azərbaycan Voleybol Federasiyası hakimlərin hazırlığı üzrə seminarın sonuncu mərhələsini keçirib
- Azərbaycanlı mütəxəssis 1/4 final görüşündə
- Azərbaycan millisi İspaniyada AVRO-2026-nın təsnifat turnirində mübarizə aparacaq
- Yüksək Liqada pley-off mərhələsinin təqvimi bəlli olub
0
0