[b]NBA-da növbəti məşqçi ayrılığı[/b]
26.04.2018 - 16:35
NBA komandalarından “Atlanta Houks”da baş məşqçi ilə yollar ayrılıb. Apasport.az saytının Corciya təmsilçisinin mətbuat xidmətinə istinadən məlumatına görə, baş məşqçi Mayk Budenholtserın müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.
“Atlanta” daha öncə 48 yaşlı mütəxəssisin “Finiks Sans” və “Nyu-York Niks” rəsmiləriylə görüşməsinə izin vermişdi.
“San-Antonio Spörs”də 17 il köməkçi-məşqçi kimi çalışan Budenholtser 2013-cü ildə “Atlanta”nın başına keçmişdi. Onun rəhbərliyi altında “Houks” 2014-15 mövsümündə Şərq konfransının finalına qədər irəliləmişdi.
- Bu gün XIX tura start veriləcək
- Azərbaycan Voleybol Federasiyası hakimlərin hazırlığı üzrə seminarın sonuncu mərhələsini keçirib
- Azərbaycanlı mütəxəssis 1/4 final görüşündə
- Azərbaycan millisi İspaniyada AVRO-2026-nın təsnifat turnirində mübarizə aparacaq
- Yüksək Liqada pley-off mərhələsinin təqvimi bəlli olub
0
0