[b]Odina Bayramovanın A seriyasında ilk sevinci[/b]
31.10.2016 - 10:49
Qadın voleybolçular arasında İtaliya A seriyasında III turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin oyunçusu Odina Bayramovanın çıxış etdiyi “Firenze” “Klub İtalia”nın qonağı olub.
Qarşılaşma təmsilçimizin komandasının çətin qələbəsi ilə yekunlaşıb. Florensiya klubu tay-brekdə rəqibindən üstün olub – 3:2 (25:21, 24:26, 25:23, 20-25, 20:18).
Bayramova matçda 6 xal toplayıb.
Bu qələbə “Firenze”nin mövqeyini qorumağa kifayət edib. Aktivində cəmi 3 xalı olan komanda yenə 9-cudu. Onlar IV turda “Montsa”nın qəbul edəcəklər.
- Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin Macarıstandakı təlim-məşq toplanışı başa çatıb
- “Gəncə”dən yeni transfer
- Azərbaycanın qadınlardan ibarət voleybol millisi Macarıstana təlim-məşq toplanışına yollanıb
- Şahin Bağırov Naxçıvanda yeniyetmə voleybolçularla görüşüb
- AVF rəsmisi CEV-in iclasında iştirak edib
0
0