[b]Polina Rəhimova bu dəfə də əlçatmazdı[/b]
13.06.2016 - 00:05
Voleybol millimiz qadınlar arasında Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda Fransa ilə qarşılaşıb. Apasport.az saytının məlumatına görə, Fransanın Renn şəhərində baş tutan qarşılaşma yığmamızın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Matçın ən məhsuldar oyunçusu komandamızın üzvü Polina Rəhimova olub. O, millimizə 22 xal qazandırıb. Onu millimizin daha bir üzvü Yan Kulan izləyib – 13 xal.
Qeyd edək ki, Polina Rəhimova bundan öncəki İspaniya ilə qarşılaşmanın da ən məhsuldar oyunçusu olmuşdu.
- Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin Macarıstandakı təlim-məşq toplanışı başa çatıb
- “Gəncə”dən yeni transfer
- Azərbaycanın qadınlardan ibarət voleybol millisi Macarıstana təlim-məşq toplanışına yollanıb
- Şahin Bağırov Naxçıvanda yeniyetmə voleybolçularla görüşüb
- AVF rəsmisi CEV-in iclasında iştirak edib
0
0