[b]Portuqaliya Azərbaycanla oyunun saatını açıqladı[/b]
07.05.2018 - 10:26
Qadın voleybolçular arasında Qızıl Avropa Liqasında Azərbaycan millisinin Portuqaliya ilə oyununun vaxtında dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, rəqibimiz qarşılaşmaların startı ərəfəsində ev matçların saatını açıqlayıb.
Belə ki, oyun Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. İyunun 2-də olacaq qarşılaşma Matozinyuş şəhərinin İdman və Konqres Mərkəzində baş tutacaq.
Qeyd edək ki, Portuqaliya ilə oyun daha öncə 03:00 kimi göstərilirdi. Bu da rəqibimizin Avropa Voleybol Konfederasiyasının təqvimində dəyişiklik etməməsi ilə bağlı idi.
- Azərbaycan Voleybol Federasiyası hakimlərin hazırlığı üzrə seminarın sonuncu mərhələsini keçirib
- Azərbaycanlı mütəxəssis 1/4 final görüşündə
- Azərbaycan millisi İspaniyada AVRO-2026-nın təsnifat turnirində mübarizə aparacaq
- Yüksək Liqada pley-off mərhələsinin təqvimi bəlli olub
- “Azərreyl”dən inamlı qələbə
0
0