Qadın voleybolçular arasında Çempionlar Liqasının statistik göstəriciləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, pley-off mərhələsinin yekununa əsasən tərtib olunan siyahıda Azərbaycan millisinin oyunçuları da yer alıblar.
Belə ki, “Fənərbaxça”da çıxış edən Polina Rəhimova bombardirlər yarışında hələlik 12-ci yerdədi. Hücumçumuz mübarizəni qrup mərhələsində dayandıran Türkiyə klubunun heyətində 6 görüşün 26 setində 116 xal toplayıb.
Ondan fərqli, Natalya Məmmədova bu mövsüm Çempionlar Liqasında 8 görüşdə meydanda olub. Kazan “Dinamo”sunun formasını geyinən voleybolçumuz 25 hissədə 100 dəfə dəqiq olub. Hazırda 19-cu olan Məmmədova da Polina kimi xal ehtiyatını artıra bilməyəcək. Buna səbəb Rusiya klubunun pley-offda uduzaraq, “Dördlər finalı”na yüksələ bilməməsidi.
Siyahıya həlledici mərhələdə oynayacaq Türkiyə “Vakıfbank”ın oyunçusu Tin Çju başçılıq edir. Onun aktivində 190 xal var.
- Bu gün XIX tura start veriləcək
- Azərbaycan Voleybol Federasiyası hakimlərin hazırlığı üzrə seminarın sonuncu mərhələsini keçirib
- Azərbaycanlı mütəxəssis 1/4 final görüşündə
- Azərbaycan millisi İspaniyada AVRO-2026-nın təsnifat turnirində mübarizə aparacaq
- Yüksək Liqada pley-off mərhələsinin təqvimi bəlli olub