Avropa Voleybol Konfederasiyası 18 yaşadək qızlardan ibarət yığmaların yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, siyahı Azərbaycan millisi üçün uğurlu alınmayıb.
Belə ki, Avropa birinciliyinin II seçmə mərhələsində keçirdiyi hər 3 matçda 0:3 hesabı ilə uduzan komandamız 34-cü yerə enib. Aktivində 36 xalı olan millimiz 2 pillə geriləyib.
Siyahıya isə birinciliyi 4-cü yerdə başa vuran Serbiya başçılıq edir. Aktivində 288 xalı olan yığma İtaliyadan 4 xal öndədi. İlk “üçlüy”ü 1 pillə geriləyən Türkiyə (268) qapayır. Avropa çempionu titulunu qazanan və həlledici görüşdə italiyalıları məğlub edən Rusiya isə 242 xalla beşincidi.
- "Gəncə"də yeni müqavilə
- Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin Macarıstandakı təlim-məşq toplanışı başa çatıb
- “Gəncə”dən yeni transfer
- Azərbaycanın qadınlardan ibarət voleybol millisi Macarıstana təlim-məşq toplanışına yollanıb
- Şahin Bağırov Naxçıvanda yeniyetmə voleybolçularla görüşüb