[b]Türkiyədə çempion bəlli oldu[/b]
26.04.2018 - 21:18
Qadın voleybolçular arasında Türkiyə Sultanlar Liqasında çempion bəlli olub. Apasport.az saytının məlumatına görə, bu, final seriyasının 5-ci oyununda müəyyənləşib.
“Vakıfbank” “Eczaçıbaşı”na 3:0 qalib gəlib və ümumi hesabı 3:2 edərək 10-cu dəfə çempionluğa yiyələnib.
Milli komandamızın üzvü Polina Rəhimovanın forma geyindiyi “Fənərbaxça” isə daha əvvəl bürünc medal qazanmışdı.
Qeyd edək ki, bu mövsüm Türkiyə voleybolunda 3 kuboku da (KupaVoley, Çempionlar Kuboku və Sultanlar Liqası) qazanan “Vakıfbank” Çempionlar Liqasında da birincilik uğrunda mübarizə aparır.
- Bu gün XIX tura start veriləcək
- Azərbaycan Voleybol Federasiyası hakimlərin hazırlığı üzrə seminarın sonuncu mərhələsini keçirib
- Azərbaycanlı mütəxəssis 1/4 final görüşündə
- Azərbaycan millisi İspaniyada AVRO-2026-nın təsnifat turnirində mübarizə aparacaq
- Yüksək Liqada pley-off mərhələsinin təqvimi bəlli olub
0
0