Qadın voleybolçulardan ibarət Ukrayna millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, Qızıl Avropa Liqasında Azərbaycan yığmasının rəqibinin baş məşqçisi Qari Yeqiazarov hazırlıqlara 26 oyunçu cəlb edib.
Təlim-məşq toplanışından sonra bu voleybolçuların sayı 14-ə endiriləcək. Heyətdə “Azərreyl”lə Azərbaycan çempionu olan Svetlana Dorsman da yer alıb.
Toppaylayıcılar: Yelena Novqorodçenko, Lyudmila Osaçuk, Aleksandra Peretyatko, Alla Politanska, Marina Deqtyareva;
Blokçular: Viktoriya Dançak, Svetlana Dorsman, Darya Drozd, Yuliya Qerasimova, Anastasiya Karasova, Diana Karpets, İrina Truşkina, Darya Velikokon;
Hücumçular: Anastasiya Çernuxa, Karina Denisova, Katerina Dudnik, Nadejda Kodola, Anna Kiriçenko, Viktoriya Loxmançuk, Anna Stepanyuk, Lyubov Ujva, Katerina Kalçenko, Viktoriya Nikolayçuk, Olesya Rıxlyuk, Olqa Skripak;
Liberolar: Kristina Nemtseva.
Qeyd edək ki, Azərbaycan ilk turda, mayın 19-da Ukraynanı qəbul edəcək. Voleybolçularımızın son oyunu da bu rəqibə qarşı olacaq və səfərdə baş tutacaq qarşılaşma iyunun 6-na təsadüf edəcək.
- Bu gün XIX tura start veriləcək
- Azərbaycan Voleybol Federasiyası hakimlərin hazırlığı üzrə seminarın sonuncu mərhələsini keçirib
- Azərbaycanlı mütəxəssis 1/4 final görüşündə
- Azərbaycan millisi İspaniyada AVRO-2026-nın təsnifat turnirində mübarizə aparacaq
- Yüksək Liqada pley-off mərhələsinin təqvimi bəlli olub