[b]Ukrayna çempionu Bakı klubuna qalib gəldi[/b]
29.08.2016 - 15:34
Azərbaycanın qadınlardan ibarət ABU klubu Ukraynada təlim-məşq toplanışını davam etdirir. Apasport.az saytının məlumatına görə, ölkəmizi avrokubokda təmsil edəcək Bakı təmsilçisi hazırlıq dövründə yoxlama görüşlərinə də start verib.
Konstantin Ruvinskinin yetirmələri ilk oyunlarını Ukrayna çempionu “Qaliçanka”ya qarşı keçiriblər. Görüş ötən mövsümü “qızıl dubl”la başa vuran rəqibin xeyrinə başa çatıb – 31:23.
Bu matçın ardından Ukrayna Superkubokuna çıxıb qalib gələn “Qaliçanka” ABU-nu bir daha sınağa çəkəcək.
- Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin Macarıstandakı təlim-məşq toplanışı başa çatıb
- “Gəncə”dən yeni transfer
- Azərbaycanın qadınlardan ibarət voleybol millisi Macarıstana təlim-məşq toplanışına yollanıb
- Şahin Bağırov Naxçıvanda yeniyetmə voleybolçularla görüşüb
- AVF rəsmisi CEV-in iclasında iştirak edib
0
0