[b]Voleybolçumuz 4 xal topladı, komandası mərhələ adlaya bilmədi[/b]
07.03.2018 - 09:16
Qadın voleybolçular arasında Türkiyə Sultanlar Liqasında 1/4 final mərhələsinin ikinci matçlarına start verilib. Apasport.az saytının məlumatına görə, ilk oyun günündə Azərbaycan millisinin oyunçusu Marqarita Əzizovanın şərəfini qoruduğu “Beşiktaş” “Vakıfbank”ın qonağı olub.
Görüş ev sahiblərinin asan qələbəsi ilə başa çatıb. “Vakıfbank” ilk qarşılaşmada olduğu kimi bu dəfə də 3:0 hesabı ilə qalib gələrək, mərhələ adlayıb.
Əzizova görüşdə 4 xal toplayıb.
- Bu gün XIX tura start veriləcək
- Azərbaycan Voleybol Federasiyası hakimlərin hazırlığı üzrə seminarın sonuncu mərhələsini keçirib
- Azərbaycanlı mütəxəssis 1/4 final görüşündə
- Azərbaycan millisi İspaniyada AVRO-2026-nın təsnifat turnirində mübarizə aparacaq
- Yüksək Liqada pley-off mərhələsinin təqvimi bəlli olub
0
0