Qırğızıstanın paytaxtı Bişkekdə kişi basketbolçular arasında ənənəvi Novruz kubokuna start verilib. Apasport.az saytının məlumatına görə, XXV dəfə keçirilən yarışda ölkəmiz 20 yaşadək yığma ilə iştirak edir.
Artıq turnirdə 2 tur arxada qalıb. İlk görüşdə Özbəkistan “Spartak”ına 82:70 hesabı ilə qalib gələn basketbolçularımız II turda da Daşkənd təmsilçisi ilə qarşılaşıb. SK MO RU klubu ilə üz-üzə gələn Tahir Baxşiyevin yetirmələri bu dəfə məğlubiyyətə üzülüblər – 70:79.
Qeyd edək ki, turnirdə ümumilikdə 6 komanda qüvvəsini sınayır. Millimiz bu gün “Politexnik”i (Qırğızıstan, Bişkek) sınağa çəkəcək. Martın 20-də Bişkekin “Gines 29” komandası ilə gücünü yoxlayacaq basketbolçularımız Novruz kubokuna qırğızların digər klubu “Tulpar Skif”lə yekun vuracaq. Bu oyun isə martın 21-nə təsadüf edəcək.
- Bu gün XIX tura start veriləcək
- Azərbaycan Voleybol Federasiyası hakimlərin hazırlığı üzrə seminarın sonuncu mərhələsini keçirib
- Azərbaycanlı mütəxəssis 1/4 final görüşündə
- Azərbaycan millisi İspaniyada AVRO-2026-nın təsnifat turnirində mübarizə aparacaq
- Yüksək Liqada pley-off mərhələsinin təqvimi bəlli olub