[b]Yığmamız “Boris Yeltsin kuboku”ndan imtina etdi[/b]
15.09.2016 - 10:01
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi “Boris Yeltsin kuboku”ndan rəsmən imtina edib. Apasport.az saytının məlumatına görə, bunu yarışın təşkilatçısı Rusiyanın “Uraloçka” klubu açıqlayıb.
Komanda rəhbərliyi bildirib ki, turnirdən imtina edən Azərbaycanı Krasnodar “Dinamo”su əvəzləyib. Yarışda isə bu klubla yanaşı, Rusiya, Türkiyə və İsveçrə milliləri güclərini yoxlayacaqlar.
- Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin Macarıstandakı təlim-məşq toplanışı başa çatıb
- “Gəncə”dən yeni transfer
- Azərbaycanın qadınlardan ibarət voleybol millisi Macarıstana təlim-məşq toplanışına yollanıb
- Şahin Bağırov Naxçıvanda yeniyetmə voleybolçularla görüşüb
- AVF rəsmisi CEV-in iclasında iştirak edib
0
0