Azərbaycanda ənənəvi idman növlərdən daha biri tarixin yaddaşına qovuşmaq üzrədi. Apasport.az saytının məlumatına görə, qadınlardan ibarət otüstü hokkey yığmamızın ardınca həndbol millimiz də beynəlxalq yarışlardan çəkilir.
Belə ki, qadın həndbolçulardan ibarət komandamız dünya çempionatına qatılmayacaq. Final mərhələsi 2017-ci ildə Almaniyada olacaq yarışda millimizin iştirak etməyəcəyi dəqiqləşib. Bunu saytımıza Azərbaycan Həndbol Federasiyadan da təsdiqləyiblər. Lakin onlar mundiala qatılmamağımızın səbəbini açıqlamayıblar.
Qeyd edək ki, millimiz 2003-cü mütəmadi olaraq dünya çempionatlarının hamısının seçmə mərhələsində oynayıb.
- Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin Macarıstandakı təlim-məşq toplanışı başa çatıb
- “Gəncə”dən yeni transfer
- Azərbaycanın qadınlardan ibarət voleybol millisi Macarıstana təlim-məşq toplanışına yollanıb
- Şahin Bağırov Naxçıvanda yeniyetmə voleybolçularla görüşüb
- AVF rəsmisi CEV-in iclasında iştirak edib