Qadın voleybolçulardan ibarət Azərbaycan millisi İsraildə keçirdiyi təlim məşq toplanışını başa vurub. Apasport.az saytının məlumatına görə, Avropa Liqasına hazırlaşan komandamız bu gün qrup oyunlarının keçiriləcəyi Monteneqroya yola düşəcək.
Voleybolçularımız təlim-məşq toplanışı çərçivəsində yerli yığma ilə 2 yoxlama matçı da oynayıblar. Təmsilçimiz 1 oyunda 3:0 hesabı ilə qalib gəldiyi halda, digərində heç-heçə qeydə alınıb – 2:2.
Qeyd edək ki, Faiq Qarayevin yetirmələri Avropa Liqasında Monteneqro, Fransa və İspaniya ilə birgə B qrupunda yer alıb. Yarışa iyunun 3-də start veriləcək.
- Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin Macarıstandakı təlim-məşq toplanışı başa çatıb
- “Gəncə”dən yeni transfer
- Azərbaycanın qadınlardan ibarət voleybol millisi Macarıstana təlim-məşq toplanışına yollanıb
- Şahin Bağırov Naxçıvanda yeniyetmə voleybolçularla görüşüb
- AVF rəsmisi CEV-in iclasında iştirak edib