[b]Yığmamız Ukrayna və Polşa ilə oynayacaq[/b]
13.12.2016 - 10:49
18 yaşadək voleybolçu oğlanlar arasında Şərqi Avropa Voleybol Zonaları Assosiasiyalarının (EEVZA) çempionatı keçiriləcək. Apasport.az saytının məlumatına görə, dekabrın 15-19-da baş tutacaq yarışda Azərbaycan millisi də iştirak edəcək.
Oyunlar Estoniyanın Juro şəhərində baş tutacaq. Çempionatda rəqibimiz ev sahibləri, Ukrayna və Polşa milliləri olacaq. Yarışda iştirak gələn il keçiriləcək Avropa birinciliyinin seçmə mərhələsinə hazırlıq məqsədi daşıyır.
- Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin Macarıstandakı təlim-məşq toplanışı başa çatıb
- “Gəncə”dən yeni transfer
- Azərbaycanın qadınlardan ibarət voleybol millisi Macarıstana təlim-məşq toplanışına yollanıb
- Şahin Bağırov Naxçıvanda yeniyetmə voleybolçularla görüşüb
- AVF rəsmisi CEV-in iclasında iştirak edib
0
0