Kişi voleybolçulardan ibarət Azərbaycan millisində ikinci məşqçinin adı rəsmiləşib. Apasport.az saytının məlumatına görə, yığmamızda Fərid Cəlalovun köməkçisi funksiyasını Sergey Nikulenko yerinə yetirəcək.
44 yaşlı çalışdırıcı ilə gələn ilin oktyabrına kimi müqavilə imzalanıb. Maraqlıdı ki, Nikulenko voleybola həndboldan gəlib. O, yığmamızla yanaşı, “Spartak”ın heyətində forma geyinib. Qadınlardan ibarət “Qaradağ” klubunun baş məşqçisi olan mütəxəssis, həmçinin İranın kişilərdən ibarət yığmasında da eyni vəzifəni icra edib.
Nikulenkonun millidə əsasən fiziki hazırlığa cavabdehlik daşıyacağı da bildirilir.
Qeyd edək ki, Avropa Oyunlarından sonra Bülənt Karslıoğlunu Fərid Cəlalov əvəzləyib. Türkiyəli mütəxəssisin vaxtında isə ikinci çalışdırıcı funksiyasını Ziya Rəcəbov yerinə yetirib.
- Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin Macarıstandakı təlim-məşq toplanışı başa çatıb
- “Gəncə”dən yeni transfer
- Azərbaycanın qadınlardan ibarət voleybol millisi Macarıstana təlim-məşq toplanışına yollanıb
- Şahin Bağırov Naxçıvanda yeniyetmə voleybolçularla görüşüb
- AVF rəsmisi CEV-in iclasında iştirak edib