Kişi voleybolçulardan ibarət Azərbaycan millisinin yekun heyəti açıqlanıb. Yığmamızın baş məşqçisi Fərid Cəlilovun apasport.az saytına verdiyi məlumata görə, komandamız Tiflisdə keçiriləcək Avropa çempionatının seçmə mərhələsinə 12 oyunçu ilə yollanacaq.
Gənc mütəxəssis Gürcüstan, İsveç və İsveçrə ilə oyunlar üçün ilkin açıqladığı siyahıdan Vüsal Rüstəmovun adını çıxarıb. Cəlalov bunu gənc olması ilə əlaqələndirib.
Gürcüstana yollanacaq heyət
Toppaylayıcılar: 2. Tural Həsənli, 13. Aleksey Çervyakov
Blokçular: 6. Elmin Alışanov, 9. Pərviz Səmədov, 10. Dmitri Obodnikov
Hücumçular: 1. Vüqar Bayramov, 3. Cavid Süleymanov, 4. Aqil Ağazadə, 5. Vadim Kutukov, 14. Rəsul İbrahimov
Liberolar: 7. Emil Abdullayev, 11. Asif Əliyev
Qeyd edək ki, yığmamız Tiflisə bu gün yollanacaq. Oyunlar isə mayın 19-21-də keçiriləcək.
- Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin Macarıstandakı təlim-məşq toplanışı başa çatıb
- “Gəncə”dən yeni transfer
- Azərbaycanın qadınlardan ibarət voleybol millisi Macarıstana təlim-məşq toplanışına yollanıb
- Şahin Bağırov Naxçıvanda yeniyetmə voleybolçularla görüşüb
- AVF rəsmisi CEV-in iclasında iştirak edib