19 yaşadək qız voleybolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatında oyunlarının vaxtı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, mübarizəyə 2-ci seçmə mərhələdən başlayacaq Vüqar Əliyevin yetirmələri ilk görüşlərini qrupumuzun oyunlarına ev sahibliyi edəcək Latviya yığmasına qarşı keçirəcək.
Super Liqada “Gənclik” adı altında təcrübəsini artıran komandamız ardınca Sloveniya və Fransa voleybolçuları ilə münasibətlərinə aydınlıq gətirəcək.
İkinci mərhələdə 1-ci olan komandalar birbaşa final mərhələsinə yüksələcək. Qrup ikinciləri və ən yaxşı nəticəyə malik 3-cü yer sahibi isə 3-cü seçmə mərhələdə qüvvəsini sınayacaq.
F qrupu
1 aprel
19:30. Fransa – Sloveniya
22:00. Latviya – Azərbaycan
2 aprel
18:30. Sloveniya – Azərbaycan
21:00. Fransa – Latviya
3 aprel
18:30. Azərbaycan – Fransa
21:00. Sloveniya - Latviya
- Azərbaycan və Gürcüstan voleybol federasiyaları əməkdaşlığı genişləndirməyi müzakirə ediblər
- AVF rəsmisi CEV-dən təyinat alıb
- Millimiz Avropa çempionatının təsnifat mərhələsində iştirak edəcək
- Həsən Zeynalov: “Turan”ın Çempionlar Liqasında hədəfi bəllidir”
- “Turan”dan Çempionlar Liqasında tarixi qələbə - YENİLƏNİB