[b]Yığmamızın hücumçusu “Qalatasaray”a qalib gəldi[/b]
12.04.2018 - 09:04
Qadın voleybolçular arasında Türkiyə Sultanlar Liqasında üçüncü yer uğrunda matçlara start verilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin hücumçusu Polina Rəhimovanın çıxış etdiyi “Fənərbaxça” “Qalatasaray”la qarşılaşıb.
Komandalar arasında ilk görüş təmsilçimizin qələbəsi ilə yekunlaşıb. “Sarı-lacivərdlilər” rəqiblərini 3:1 hesabı ilə məğlub ediblər. Rəhimova matçda 14 xal yığıb.
“Fənərbaxça” və “Qalatasaray” arasında növbəti görüş aprelin 14-də olacaq. Əgər Rəhimovanın komandası qalib gəlməsə, İstanbul təmsilçiləri aprelin 18-də bir daha üz-üzə gələcəklər.
- Bu gün XIX tura start veriləcək
- Azərbaycan Voleybol Federasiyası hakimlərin hazırlığı üzrə seminarın sonuncu mərhələsini keçirib
- Azərbaycanlı mütəxəssis 1/4 final görüşündə
- Azərbaycan millisi İspaniyada AVRO-2026-nın təsnifat turnirində mübarizə aparacaq
- Yüksək Liqada pley-off mərhələsinin təqvimi bəlli olub
0
0